AZ

BMT rəsmisi: Dünyada karbon emissiyalarının 8,8 %-i turizmin payına düşür

Dünyada atmosferə buraxılan karbon emissiyalarının 8,8 %-i turizm sektorunun payına düşür.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının icraçı katibi İnqer Anderson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə bildirib.

"2030-cu ilə qədər dünyada karbon emissiyaları 41 % azalmalıdır ki, 1,5 dərəcə həddində qala bilək. Karbon emissiyalarını cəmi 28 % azaltsaq, 2 dərəcə həddinə çatacağıq. Odur ki, bu istiqamətdə çalışmaq üçün cəmi 5 ilimiz qalıb", - o vurğulayıb.

Onun sözlərinə görə, qlobal emissiyaların 8,8 %-i turizm sektorunun payına düşür: "Bu göstəricinin 70 %-i nəqliyyat vasitələrinin payına düşür. Bundan başqa, turizm sektorunda plastik və s. kimi materiallar istehlak olunur. Turizm sektorunda davamlılığa doğru irəliləmək üçün böyük imkanlar var".

Seçilən
22
ikisahil.az

1Mənbələr