AZ

Millimiz ən çox qol buraxan iki komandadan biridir

Azərbaycan yığması cari mövsüm UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox qol buraxan iki komandadan biridir.

Modern.az-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bosniya və Herseqovina ilə birlikdə 6 matçda 17 top buraxıb.

C Liqasının 1-ci qrupunda yer alan yığmamız İsveçə 1:3, 0:6, Slovakiyaya 0:2, 1:3, Estoniyaya isə 1:3 hesabı ilə uduzub. Milli yalnız Qəbələdə estonlarla qolsuz heç-heçə edib.

Bosniya və Herseqovina isə Niderlanda 2:5, Almaniyaya 0:7, 1:2, Macarıstana 0:2 hesabı ilə uduzub. Bosniyalılar macarlarla (0:0) və Niderlandla (1:1) heç-heçə edib.

Turnir tarixinin antirekordu isə Cəbəllütariqə məxsusdur. "Cırtdan ölkə" 2022/2023 mövsümündə qapısında 18 qol görüb.

Seçilən
4
5
modern.az

6Mənbələr