AZ

''Liverpul''dan türkiyəli futbolçu üçün 80 milyonluq təklif

Türkiyə yığmasının və ''Benfika''nın üzvü Orkun Kökçü ilə bağlı transfer xəbəri yayılıb.

İngiltərə mətbuatının yazdığına inansaq, uzun müddətdi bu futbolçunu təqib edən ''Liverpul'' artıq Lissabon nəhənginə rəsmi təklif irəli sürməyə hazırlaşır. Bu mövsüm ''Liverpul''un başında inamlı təsir bağışlayan Arne Slot da Orkunu gözəl tanıyır. Onların yolu daha öncə ''Feyenoord''a kəsişib. 23 yaşlı futbolçunun ''Benfika'' ilə müqaviləsində 150 milyon avroluq bir təzminat maddəsi var.

Amma iddialara görə ''Liverpul'' daha aşağı məbləğə bu transferi bitirməyə çalışacaq. ''Qırmızılar'' əvvəlcə qarşı tərəfə 80 milyon avro təklif edəcəklər. Transfer bu məbləğə baş tutsa, Orkun tarixə düşəcək. O tarixdə ən baha qiymətə transfer edilən türkiyəli futbolçuya çevriləcək. ''Benfika'' ilə 2028-ci ilə qədər müqaviləsi olan Kökçü bu mövsüm 15 rəsmi oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

ƏLİ

Seçilən
25
football-plus.az

1Mənbələr