2030-cu ilə qədər dünyada istixana qazı emissiyalarının həcmi 41 % azalmasa, Paris Sazişinə əsasən, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədinə çatmaq mümkün olmayacaq.
"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Andersen COP29 çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.
Onun sözlərinə görə, bu hədəfə çatmaqda şəhərlər əhəmiyyətli yük daşıyır: "İqlim kontekstində şəhərlərin çəkisi vacibdir, lakin bura həm də bizim əhalinin böyük əksəriyyətinin yaşadığı yerdir. Əslində, 25 meqapolis dünya üzrə bütün istixana qazı emissiyalarının 52 %-nə cavabdehdir".