AZ

BMT-nin eksperti: “Qlobal emissiyalarda beynəlxalq yüklərin payı çox böyükdür”

Qlobal emissiyalarda beynəlxalq yüklərin payı kifayət qədər böyükdür.

Bunu BMT-nin Azərbaycan ofisinin baş koordinasiya mütəxəssisi Hurşid Rüstəmov COP29 çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" adlı tədbir deyib.

"Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, beynəlxalq ticarətlə bağlı yük daşımaları, o cümlədən hava, dəmir yolu, dəniz və avtomobil daşımaları qlobal tullantıların təxminən 8 %-ni, anbar və limanları da nəzərə alsaq 11 %-ni təşkil edir. Nəqliyyat növləri arasında isə ən çox tullantılar buraxan avtomobil yük daşımaları hesab olunur. Qlobal ticarətin artması ilə yük daşımalarından emissiyaların növbəti illərdə artacağı proqnozlaşdırılır. Bu baxımdan, hesab edirəm ki, yükdaşımalarda emissiya amilinin həlli üçün kollektiv səylər həlledici xarakter alır", - deyə o qeyd edib.

O bildirib ki, regionda nəqliyyat dəhlizlərinin ekoloji dayanıqlığının artırılması üçün qatar və nəqliyyat qaydalarına və prosedur standartlarına, habelə vahid regional çərçivədə nəqliyyat infrastrukturuna investisiyalara nəzarət və əlaqələndirmək üçün ümumi regional siyasət çərçivəsinin olmasıdır: "Nəqliyyat siyasəti, nəqliyyat dəhlizlərinin səmərəliliyini və effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər. Mövcud BMT Nəqliyyat İnfrastruktur Sazişləri və regional komissiyaları, xüsusilə də BMT-nin Avropa Regional Komissiyası, UNİCEF-in rəhbərlik etdiyi komissiyalar dəmir yolu və avtomobil nəqliyyatı üzrə səylərin uyğunlaşdırılması və nəqliyyat dəhlizlərinin istismarında daha yaxşı əlaqələndirilməsi üçün çərçivə rolunu oynaya bilər”.

Seçilən
5
3
aznews.az

4Mənbələr