AZ

İraqda əhalinin siyahıyaalınmasına start verildi

İraqda 27 ildən sonra ümumi əhalinin siyahıya alınmasına start verilib.

Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, iki günlük siyahıyaalma ilə əlaqədar elan edilən komendant saatı elan edilib.

Bildirilib ki, ölkənin ümumi siyahıyaalmasına İraq Kürd Regional Rəhbərliyi (KRG) də daxildir.

İraq Planlaşdırma Nazirliyinin səslərin hesablanması başa çatdıqdan sonra qeyri-rəsmi nəticələri açıqlayacağı gözlənilir. 

Qeyd edək ki, İraqda hər 10 ildən bir keçirilməsi nəzərdə tutulan siyahıyaalma 2003-cü ildə ABŞ-nin İraqı işğal etməsindən sonra baş verən zorakılıqlar səbəbindən həyata keçirilə bilməyib. 

Əli Hüseynov

Seçilən
15
bakivaxti.az

1Mənbələr