AZ

Tramp müharibəni bitirə bilərmi?

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, diplomatiya müharibəyə son qoymağın yeganə yoludur. Eyni zamanda, o, ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini sülh bağlamağa məcbur edə biləcəyinə əminliyini ifadə edib...

Poliqon xəbər verir ki, Fox News telekanalına müsahibəsində müharibəni bitirmək qərarını verə biləcək şəxsin Putin olub-olmaması sualına cavab verən Zelenski hazırda Rusiya liderindən çox şeyin asılı olduğunu və onun bu müharibəni bitirə biləcəyini deyib. Amma bu, daha çox ABŞ-dan asılıdır.

"Putin ABŞ-dan zəifdir. Amerika Birləşmiş Ştatlarının prezidentinin gücü, silahı var və o, enerjinin qiymətini aşağı sala bilər. Yeri gəlmişkən, mən mediada prezident Trampdan mesaj eşitdim ki, o, enerji qiymətlərini, neftin qiymətini endirməyi düşünür və bunu etmək lazımdır", deyə Zelenski bildirib.

"Trampın Putinə müharibəni sona çatdırmaq üçün təsir edə biləcəyini gözləyirsinizmi" sualına cavab olaraq Zelenski bildirib ki, asan olmayacaq, lakin mümkündür:

"Bu, asan olmayacaq, amma düşünürəm ki, ABŞ-ın bütün imkanlarından istifadə etməklə bunu edə bilər. Çünki o, Putindən qat-qat güclüdür. ABŞ daha güclüdür. İqtisadiyyat daha güclüdür. ABŞ-ın çox böyük təsiri var".

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr