AZ

Dörd yaşlı Şəfanın anası: "Hər dəfə qıc olanda elə bilirəm ki, onu itirirəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dörd yaşlı Şəfanın imkanlı şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günay Əskərova məlumat verib.
O bildirib ki, övladı hipoksik ensefalopatiya xəstəliyindən əziyyət çəkir:
"Şəfanın dörd yaşı var. Anadangəlmə hipoksik ensefalopatiya xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən, demək olar ki, müalicələrdəyik. Müalicələri ləngiyən zaman qıcolmaları artır, bu da onun üçün çox təhlükəlidir. İnanın, o qıc olanda mən dəli oluram, elə bilirəm ki. bu dəfə övladımı itirirəm".
Gənc ana övladının müalicəsi üçün aylıq 500 manata ehtiyacları olduğunu deyib:
"Şəfanın bu aylıq müalicəsi üçün 500 manata ehtiyacımız var. Hazırda isə Şəfanı yenidən həkim qəbuluna aparmalıyıq, inanın, buna belə imkanımız çatmır. Borc-xərclə dörd ildir ki, müalicələri davam etdirmişik. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 794-45-48.
"Unibank": 5243 7544 4313 3549.
Seçilən
16
39
oxu.az

10Mənbələr