AZ

Pakistanda buna görə xəstəliklərin sayı artır

Pakistanın Xayber Paxtunxva əyalətində qeydə alınan sonuncu hadisə ilə bu il ölkədə uşaqlarda iflic hallarının (poliomielit) ümumi sayı 50-yə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, xəstəliklərin artmasının əsas səbəbləri yoxsulluq və peyvənd əldə etməkdə problemlərdir.

Keçən həftə Bəlucistan əyalətində 15 aylıq oğlan uşağında poliomielit aşkarlanmışdı və bu, 49-cu hadisə kimi qeydə alınmışdı. 

Qeyd edək ki, əvvəllər bir çox ölkədə görülən poliomielit hadisələri effektiv peyvənd kampaniyaları nəticəsində əhəmiyyətli dərəcədə azalmışdı. 

Peyvənd imkanının məhdud olduğu Əfqanıstan və Pakistanda poliomielit halları davam edir. 

Seçilən
26
cebheinfo.az

1Mənbələr