AZ

COP for Hope: COP29-da böyük uğur qazanmaq üçün çoxlu imkanlar var - Yeni Zelandiyalı nazir (ÖZƏL)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Yeni Zelandiyanın İqlimdəyişikliyi naziri Simon Votdur.

O, Trend-ə açıqlamasında bildirib ki, COP29-daböyük uğur qazanmaq üçün çoxlu imkanlar var.

Nazir, COP29-un bitməsinə çox az bir müddətin qaldığını vəölkələrin burada əhəmiyyətli nəticələr əldə etməsinə böyükgözləntilərin olduğunu bildirib:

"Düşünürəm ki, COP29-da böyük uğur qazanmaq üçün çoxlu imkanlarvar. Artıq bu COP-un bitməsinə 2 gün qalıb. Bir çox ölkələrdənburada nəticələr əldə etmək istədikləri ilə bağlı real aydınkonsensus var. Bu, həqiqətən, vacib olan iqlim dəyişikliyinindünyanın bir çox ölkəsinə böyük təsir göstərməsi il bağlıdır.Ölkələrin burada nəticə çıxaracağına böyük gözləntilər var".

"Mən 6-cı maddə üzrə plana uyğun gedən danışıqların bir hissəsikimi öz rolumu oynayıram, lakin qarşıda hələ bir az vaxt var. Bunagörə də danışıqlarda müsbət nəticələrə doğru irəliləməyisəbirsizliklə gözləyirəm. Azərbaycanın isə bu COP-a ev sahibliyietməsi ilə böyük iş gördüyünü etiraf etməliyəm. Bura olduqca gözəlbir yerdir", - deyə nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
42
1
az.trend.az

2Mənbələr