İsveç yığmasının futbolçusu Viktor Dyekereş Azərbaycan millisinə qalib gəldikləri UEFA Millətlər Liqası matçında Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.
Apasport.az xəbər verir ki, 26 yaşlı hücumçu buna sözügedən oyunda poker etməklə nail olub.
Hazırda Portuqaliyanın "Sportinq" klubunda çıxış edən forvard 12 ildən sonra İsveç yığmasında bir görüşdə 4 qol vuran ilk oyunçudur.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2012-ci ildə İngiltərə ilə yoldaşlıq qarşılaşmasında 4 dəfə fərqlənib. O, 2004-cü ildə isə DÇ-2006-nın seçmə mərhələsində Malta ilə matçda eyni uğura imza atıb.
Amorim 7 futbolçu ilə vidalaşacaq
Vieyra İtaliya klubunu çalışdıracaq
“Dortmund”dan Bellingem həmləsi
"Fənərbaxça" En-Nesri əvəzinə 2 ulduz ad arasında seçim edəcək
Levandovski “Barselona”da qalmaq istəyir