AZ

Bayden bin Laden oldu: Braziliya telekanalının aparıcısının gülməli səhvi

Braziliyanın "TV Globo" telekanalının efirində gülməli hadisə baş verib. Belə ki, səhər şousunun aparıcısı Ana Mariya Braqa G20 sammitindən danışarkən, ABŞ Prezidenti Co Baydeni səhvən "Əl-Qaidə" terror təşkilatının keçmiş lideri Usama bin Laden adlandırıb...

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

"Rəsmi fotoların seriyası - Fransa prezidenti Emmanuel Makronla və ABŞ-dən olan bin Ladenlə əl sıxma", - deyə Braqa tədbirdən reportaj zamanı bildirib.

Teleaparıcının sözlərinə həmkarı düzəliş edib, bundan sonra onlar bu səhvi sübh başlayan işləri ilə izah edərək gülüşüblər.

Poliqon.info

Seçilən
9
2
poliqon.info

4Mənbələr