Olaylar.az xəbər verir ki, o, bu haqda "Sputnik" radiosuna müsahibəsində qeyd edib.
"Bütün dünya, qlobal əksəriyyət Qərb ideologiyasının dəhşətli çöküşünü gördü və bunu gizlətmək artıq mümkün deyil," - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Qərb ölkələri hazırda yaranmış vəziyyəti yalnız öz vətəndaşlarından gizlədə bilirlər. Bu isə hakimiyyətlərin televiziyalara və kütləvi informasiya vasitələrinə nəzarəti sayəsində mümkün olur.
Zaxarova əlavə edib ki, Qərb ölkələrinin informasiya üzərindəki bu nəzarəti onların ideoloji böhranını bir müddətlik təxirə salmağa kömək etsə də, reallığı tamamilə gizlədə bilməz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31