ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollarlıq hərbi yardım paketi köçürməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Associated Press" mənbələrə əsaslanaraq məlumat yayıb.
Bildirilir ki, paketə hava hücumundan müdafiə sistemləri, "HIMARS" çoxlüləli reaktiv yaylım atəşi sistemləri, 105 və 155 mm-lik güllələr, tank əleyhinə "Javelin sistemləri", digər avadanlıq və ehtiyat hissələri daxildir.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının iclasında verdiyi açıqlamada Vaşinqtonun yaxın günlərdə Kiyevə yeni hərbi yardım paketini açıqlamağı planlaşdırdığını bildirib.