AZ

"İsrailə cavab vermək hüququndan əl çəkməmişik" - İran XİN

İran İsrailə cavab vermək hüququndan əl çəkməyib. 

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri və əməkdaşları ilə görüşündə deyib. 

"İsrail rejiminin son əməliyyatının İran İslam Respublikasına qarşı yeni təcavüz olduğunu elan etdik. Sionist rejimin yeni təcavüzü cavaba layiqdir və biz cavab vermək hüququmuzdan əl çəkməmişik. Biz lazımi anda və uyğun hesab etdiyimiz şəkildə reaksiya verəcəyik", - deyə Əraqçi bildirib.

Ağarza Elçinoğlu 

Seçilən
23
3
unikal.az

4Mənbələr