AZ

10 ildən sonra 0:6: Berti Foqtsu istefaya göndərən nəticə

Azərbaycan millisi 10 ildən sonra 6 və ya daha çox top fərqi ilə uduzub.

İdman.biz xəbər verir ki, yığmamız sonuncu dəfə 2014-cü il oktyabrın 13-də belə acınacaqlı məğlubiyyət almışdı.

AVRO-2016-nın seçmə oyununda Xorvatiya yığması millimizə Osiyek faciəsi yaşadıb. Həmin qarşılaşma millinin baş məşqçisi Berti Foqtsun istefası ilə nəticələnib.

10 il sonra Fernandu Santuşlu yığma İsveçdə Millətlər Liqasında eyni taleyi yaşayıb. Millimizin indiki baş məşqçisi bu postdakı 6-cı oyununda 0:6 hesabı ilə üzləşib.

Qeyd edək ki, yığmamız Millətlər Liqasının C liqasında qrup sonuncusu olmaqla D liqasına yuvarlanıb.

İdman.biz

Seçilən
23
4
idman.biz

6Mənbələr