Bakı.Trend:
COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa OlunanEnerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), Clean Energy Invest LLCvə Baltech Green LLC arasında Kəlbəcər Külək Elektrik Stansiyasınıninkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb.
Trend xəbər verir ki, bulayihə 3100 metr hündürlükdə həyata keçiriləcək unikal birlayihədir.
Clean Energy Invest LLC və Baltech Green LLC layihə çərçivəsindəbirgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına vəlayihə hazırlıqlarına başlayacaq.
Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilinəvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazininyüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumigücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialımövcuddur.
"Bu, Azərbaycan üçün qürurverici bir andır. Yerli özəlinvestorlar ölkənin enerji keçidinə töhfə verməyə hazır olduqlarınınümayiş etdirirlər," - deyə Bərpa Olunan Enerji Mənbələri DövlətAgentliyinin direktoru Cavid Abdullayev bildirib.
Baltech Green LLC-nin idarə heyətinin üzvü Volkan Gerdanvurğulayıb ki, Baltech Group Türkiyədə bərpa olunan enerjilayihələrinin hazırlanması və idarə olunmasında uğurlu təcrübəyəmalikdir. O, Kəlbəcər külək layihəsinin azad edilmiş ərazilərdəhəyata keçirilməsinin şirkətin Azərbaycanın dayanıqlı inkişafınaverdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edib.
Clean Energy Invest LLC, Azerbaijan Green Energy Company-nın(AGEC) törəmə müəssisəsi olaraq, bərpa olunan enerjiyə maliyyəyatırımı və idarəetməni həyata keçirir. Baş icraçı direktor XəyaləNağıyeva bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib, bu layihəninregionda yaşıl iqtisadiyyat və ekoloji dayanıqlığın qurulmasıistiqamətində şirkətin məqsədlərinə uyğun olduğunu bildirib.
Clean Energy Invest LLC-nin Müşahidə Şurasının sədri və AGEC-inbaş icraçı direktoru Mir Camal Paşayev Kəlbəcər külək layihəsininAzərbaycanın dekorbanizasiya və dayanıqlı inkişaf istiqamətindəəhəmiyyətli bir addım olduğunu vurğulayıb. Eyni zamanda, BaltechGreen LLC-nin idarə heyətinin sədri Bülənt Karani hər iki tərəfinbərpa olunan enerji sahəsini inkişaf etdirmək və qlobal iqlimhədəflərini dəstəkləyən ortaq öhdəliklərini bir dahatəsdiqləyib.