AZ

Anxel Esteves: "Mariya" qasırğası bir gecədə vizyonumuzu dəyişdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qlobal istixana qazlarının emissiyasına minimal töhfə verməmizə baxmayaraq, biz böyük təhlükələrlə üzləşirik. Ekstremal hava hadisələrinin artması ekosistemimizi, iqtisadiyyatımızı və bütün insanların gündəlik həyatını birbaşa təhlükə altına qoyur. Bizə təsir çox böyükdür. Bu, inkişafımızın və sabitliyimizin vacib aspektləri olan ərzaq təhlükəsizliyimizə və turizmimizə təsir edir".
Oxu.Az xəbər verir ki, bunu Dominikan Respublikasının ətraf mühit naziri Anxel Esteves nazirlərin yüksəksəviyyəli panel iclasında deyib.
O bildirib ki, iqlim böhranında, ada dövləti olaraq, qlobal fəaliyyət, uyğunlaşma və dayanıqlılıq üçün daha güclü maliyyə dəstəyinə ehtiyac duyurlar:
"Bu, gələcəyimizi xilas edəcək, nadir təbii və mədəni xüsusiyyətlərimizi qoruyub-saxlayacaq. Nə vaxt böyük hadisələr bizə təsir edərsə, biz həmişə məhdud maliyyə imkanlarımızdan istifadə edirik. Dominikan dünyada iqlimədavamlı ölkə olmaq vizyonu ilə davamlılıq, infrastruktur və insan potensialının yaradılmasına böyük sərmayə qoyub. Bu, 2017-ci ildə bir gecədə ÜDM-in böyük hissəsini məhv edən "Mariya" qasırğasından sonra oldu. Buna cavab olaraq, biz dövlət sektorunda dayanıqlılığı əsas götürdük. Biz, eləcə də, alternativ enerjiyə sərmayə qoymuşuq.
Həmçinin, yeni iqlim maliyyəsi hədəfi təyin etməliyik. Biz, Paris Sazişinə uyğun olaraq, 2025-ci ilə qədər özəl maliyyənin 2019-cu il səviyyəsindən ikiqat artırılmasına dair "Carbon Community Continued" çağırışını dəstəkləyirik. Biz, həmçinin, fondları şəffaf, inklüziv və əlçatanlıq prosesinə çağırırıq. Bu, hamımıza keyfiyyətli, sürətli və effektiv yardımı asanlaşdıracaq".
"Dominikan burada təmsil olunan, uyğunlaşmaya keçidi gücləndirən və vurğulayan bütün ölkələri dəstəkləyir. Biz iqlim fəaliyyətini ekosistem, sağlamlıq və cəmiyyətin davamlılığı ilə əlaqələndirən vahid yanaşmanı təşviq edirik. Nəhayət, hamımız davamlı inkişaf və iqlimədavamlılıq üçün maliyyə və struktur dəstəyini gücləndirməklə yanaşı, öhdəlikləri artırmağa çalışmalıyıq", - nazir əlavə edib.
Mərahim Nəsib
Seçilən
48
50
oxu.az

10Mənbələr