Qərb öz məğlubiyyətini qəbul edə bilmir, çünki buna alışmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bütün dünya Qərb ideologiyasının dəhşətli çöküşünü görür, bunu gizlətmək mümkün deyil. Onlar bunu yalnız öz vətəndaşlarından gizlədə bilərlər, çünki televiziyalar, tənzimləyici orqanlar, kütləvi informasiya və kommunikasiya vasitələrinin üzərində nəzarətləri var”, - deyə diplomat qeyd edib.
Müəllif: Qənirə Süleymanova