AZ

Hökumət SOCAR-dan dividend almaqda israrlıdır

Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ildə 200 milyon manat, 2024-cü ildə isə 408 milyon manat dividend ödəməli olsa da, bu öhdəliyi yerinə yetirməyib.

Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Bununla belə, gələn il üçün SOCAR-ın dividend ödənişi ilə bağlı öhdəliyi bu illə müqayisədə 54 milyon manat və yaxud 13,2% artırılaraq 462 milyon manata çatdırıılıb. Görünən odur ki, hökumət SOCAR-dan dividend almaqda israrlıdır.

Seçilən
15
turan.az

1Mənbələr