AZ

COP for Hope: COP29 əvvəlki COP tədbirlərindən daha yaxşı təşkil olunub – İsrail nümayəndəsi

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz İsrailin “Climate Tech Propel”təşkilatının rəhbəri Reyçel Barrdır.

O, Trend-ə açıqlamasında bildirib ki, COP29-untəşkilatçılığı möhtəşəmdir.

Reyçel Barr qeyd edib ki, o bir çox COP tədbirində iştirak edib,amma Bakıdakı əvvəlkilərdən daha yaxşı təşkil olunub.

"İqlim problemini həll etmək mümkündür, buna görə də bütün dünyaburada toplaşıb. COP29 bəşəriyyətə ümid mesajıdır. Məncə, əsaselement neft və qaz hasilatı zamanı yaranan emissiyalara diqqətyetirməkdir. Neft-qaz sənayesinin hazırda məşəllərdə yandırılanmetan emissiyalarını azaltmaqla gəlirlərini artırmaq üçün böyükpotensialı var. Metanı satmaq olar. Bunun vaxtı çatıb", - deyə oqeyd edib.

Azərbaycana ilk dəfə səfər edən Reyçel Barr ölkəningözəlliyindən təsirləndiyini vurğulayıb.

"Burada gözəl arxitektura və təbii resurslar var. Biz Yanardağvə Atəşgah məbədi kimi yerlərə baş çəkdik. Bu, möhtəşəm idi.Həmçinin Qobustanda palçıq vulkanlarını ziyarət etdik – bu dainanılmaz təcrübə idi. Ölkə çox qonaqpərvərdir, yeməkləri isədadlıdır. Hər kəsə çox təşəkkür edirəm!", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
8
2
az.trend.az

3Mənbələr