AZ

Braziliya İlon Maskın Starlink rəqibi ilə müqavilə bağlayıb

Braziliya peyk internet xidmətlərinin göstərilməsi üçün Çinin "SpaceSail" şirkəti ilə müqavilə bağlayıb...

Poliqon xəbər verir ki, bu şirkət İlon Maskın Amerikan "Starlink" şirkətinə rəqibdir. "SpaceSail" orbitdə 40 peykə malikdir və 14 ay ərzində daha 648 peyk buraxmağı hədəfləyir. 2030-cu ilə qədər şirkət orbitə 15 min peyk çıxarmalıdır.

"Biz bu müqaviləni ona görə bağlayırıq ki, onlar bu xidmətini mümkün qədər tez təklif edə bilsinlər. Bir şərtlə ki, bütün qanun və qaydalara əməl etsinlər. 648 peyk artıq kosmosda olduqdan sonra onlar Braziliyada xidmətlər təklif etməyə başlayacaq", deyə deyə Braziliyanın rabitə naziri Caskelino Filho bildirib.

"SpaceSail" həmçinin Braziliyanın dövlət şirkəti olan "Telebras" ilə ilkin müqavilə bağlayıb ki, bu da Çin şirkətini öz infrastrukturu - məlumat mərkəzləri və fiber optik şəbəkələrlə təmin etmək niyyətindədir: "Biz danışıqlara başlamaq üçün niyyət memorandumu (əməkdaşlıq haqqında-red.) imzaladıq. Onların Braziliyada fəaliyyət göstərməsinin məntiqli olub-olmadığını görmək üçün infrastrukturumuzu təmin edirik".

Avqustun sonunda Braziliyanın Ali Məhkəməsi İlon Maska da məxsus olan X sosial şəbəkəsinə girişi bloklamaq qərarına gəlib. Sentyabrda Braziliya məhkəməsi X və "Starlink" hesablarından 3,3 milyon dolların büdcəyə köçürülməsinə qərar verib. Bloomberg qeyd edir ki, "Starlink" hələ də 46% payla Braziliyada peyk internet xidmətlərinin aparıcı provayderi olaraq qalır.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr