AZ

İstanbul derbisində əcnəbi VAR hakimi olacaq!

Türkiyə çempionatında hakimlikdən narazılıqların və hakim səhvlərinin sayı azalmadığı üçün Türkiyə Futbol Federasiyası radikal addım atmağa hazırlaşır.

Belə ki, əcnəbi VAR hakimlərinin dəvət edilməsi üçün çalışmalara start verilib. Bir müddət öncə ''Beşiktaş'' başqanı Hasan Arat federasiya prezidenti İbrahim Hacıosmanoğlu ilə görüşdə oyunlara əcnəbi VAR hakimlərinin dəvət olunmasını istəmişdi. Hacıosmanoğlu daha sonra jurnalistlərə açıqlamasında ''türkiyəli hakimlərə güvənirik, amma klubların belə bir tələbi var və bunu nəzərdən keçirəcəyik'' ifadəsini işlətmişdi.

Federasiyaya yaxın qaynaqların iddiasına görə bu mövsüm ilk dəfə VAR-da əcnəbi hakimin xidmətindən derbidə istifadə olunacaq. Söhbət dekabrın 7-də baş tutacaq ''Beşiktaş'' - ''Fənərbaxça'' derbisindən gedir.

Xatırladaq ki, Türkiyədə ilk dəfə əcnəbi VAR hakimlərinin xidmətindən ötən mövsümün sonlarına yaxın istifadə olunmağa başlandı. Hər tur 2-3 qarşılaşmada bu praktikadan istifadə edilirdi. TFF-nin bu addımından sonra hakimliklə bağlı şikayətlər azalsa da, problemin tam həll olunduğunu söyləmək olmazdı.

ƏLİ

Seçilən
31
football-plus.az

1Mənbələr