AZ

COP29 çərçivəsində iqlim koalisiyalarının yaradılması üzrə işlər görülür – Almaniya xarici işlər naziri

Bakı. Trend:

COP29 çərçivəsində iqlim koalisiyalarının yaradılması üzrə işlərgörülür.

Trendxəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri AnnalenaBerbok “X” sosial şəbəkəsində paylaşım edib.

"İqlim böhranı dövrümüzün təhlükəsizliyi üçün ən böyüktəhdididir. O, sərhəd tanımır və seçki müddətlərinə məhəl qoymur.Hər bir onluq dərəcə vacibdir. Qlobal istiləşməni 1,5 dərəcəhəddində saxlamaq üçün əlimizdən gələni etməli olduğumuzu bilirik",– deyə nazir yazıb.

O, COP29 çərçivəsində dünya ictimaiyyətinin sıx əməkdaşlığınıtəmin etməyin əhəmiyyətini vurğulayıb.

"Biz Bakıda müxtəlif qitələrdən ölkələri birləşdirən iqlimkoalisiyalarının yaradılması üzərində işləyirik. Yalnız birlikdəbiz irəliləyişə nail ola bilərik", – deyə Annalena Berbok əlavəedib.

Nazir həmçinin Almaniya və Avropanın qlobal miqyasda iqlimdayanıqlığına keçidin maliyyələşdirilməsində etibarlı tərəfdaşolaraq qalacağını təsdiqləyib.

"Bununla yanaşı, yeni iri emissiya mənbələri də məsuliyyətgötürməlidir: həm istixana qazı emissiyalarının azaldılmasında, həmdə iqlim maliyyələşdirilməsində", – deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
17
6
az.trend.az

8Mənbələr