AZ

Rusiya və ABŞ prezidentlərinin mətbuat katibləri sonuncu dəfə Obama dövründə danışıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ başçılarının mətbuat katibləri səviyyəsində son təmaslar Barak Obamanın prezidentliyi dövründə həyata keçirilib...

Poliqon xəvər verir ki, onun səlahiyyət müddəti 2017-ci ilin yanvarında başa çatıb.

"Bizim uzun müddətdir ki, mətbuat katibləri vasitəsilə əlaqəmiz olmayıb. Yadımdadır, axırıncı dəfə prezident Obamanın dövründə həmkarlarımla əlaqə saxlamışdım. Bundan sonra daha yaxşı münasibətlərimiz olmayıb", deyə Dmitri Peskov TASS-a bildirib.

Mətbuat katibi əlavə edib ki, Kreml və Ağ Ev arasında Kuba raket böhranından sonra yaradılmış qaynar xətt hazırda istifadə olunmur. O, aydınlaşdırıb ki, RusiyaABŞ prezidentləri arasında rabitə, o cümlədən video rabitə üçün xüsusi təhlükəsiz xətt mövcuddur.

Noyabrın 16-da ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yeni administrasiyada mətbuat katibi vəzifəsinə 27 yaşlı Karolin Levittin namizədliyini irəli sürüb. O, bu vəzifəni tutan ən gənc şəxs olacaq.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr