AZ

Parlamentin əməkdaşına yeni vəzifə verildi - FOTO

Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün bir sıra məhkəmələrə hakimlər təyin edilib. 
Manset.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim təyin edilən Bəhruz Məhərrəmov Milli Məclisin əməkdaşıdır. Hüquqşünas 1991-ci ildə anadan olub. O, parlamentdə Milli Məclis Sədrinin müavininin köməkçisi vəzifəsini tutur. Bəhruz Məhərrəmov dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə malikdir. Bəhruz Müslümov hüquqşünaslıq ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsini, Bakı Dövlət Universitetinin magistr və doktorantura pillələrini bitirib.

O, əvvəllər Müdafiə Nazirliyində hərbi hissə komandirinin köməkçisi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrini icra edən Bəhruz Müslümov daha sonra hüquq-mühafizə orqanlarında çalışıb. 2018-ci ildən Təhsil Nazirliyində sektor müdiri təyin olunub və Nazirlikdə bir sıra şuraların üzvlüyündə yer alıb. 2020-ci ildə Milli Məclisdə sədr müavinin köməkçisi olaraq fəaliyyətini davam etdirib, hazırda Parlamentin Rəhbərliyin Katibliyində çalışır. Dövlət qulluğunun müşaviridir.
Bakı Dövlət Universitetində və “SABAH” qruplarında cinayət hüququ fənnini tədris edib. Bakı Dövlət Universitetinin 100 illik yubiley medalı ilə təltif edilib.

Seçilən
24
1
manset.az

1Mənbələr