AZ

"Kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı aparılan işlər... - Orxan Nəzərli

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı aparılan işlər həm dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində, həm də iqtisadi dövriyyənin şəffaflaşmasında əhəmiyyətli dəyişikliklər yaradıb.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

"Vergilərlə yanaşı, məcburi dövlət sosial, işsizlikdən və icbari tibbi sığorta haqlarının yığılması vergi orqanlarına həvalə edilib. Son illər vergi qanunvericiliyində və inzibatçılığında dəyişikliklər fiskal gəlirlərin əhəmiyyətli artımını təmin edib", - deyə o bildirib.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
27
teleqraf.com

1Mənbələr