AZ

Hesablama Palatasının sədri: Cari ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var

Cari ildə də dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, təhlillərimiz əsaslı vəsait qoyuluşu xərclərinin icrasında cari ildə də müəyyən problemlərin olduğunu deməyə əsas verir: “Cari ilin doqquz ayında bu istiqamətdə illik proqnozun 47,7%-i icra edilib. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 38 sifarişçi üzrə 360 layihənin maliyyələşdirilməsi nəzərdə tutulub. 2024-cü ilin 9 ayında 19 sifarişçi üzrə icrası 25%-dən aşağı olan 130 layihəyə illik nəzərdə tutulan 494,7 mln. manat vəsaitə qarşı icra 6,9 mln. manat və ya 1,4% təşkil etmişdir. Bu layihələrin tərkibində 19 sifarişçi üzrə 108 layihənin maliyyələşməsi üçün illik nəzərdə tutulmuş 404,4 mln. manata qarşı 9 ayda ümumiyyətlə icra olunmayıb”.

Seçilən
19
3
apa.az

10Mənbələr