İsrailin Hizbullaha qarşı əməliyyatı başladığı 2024-cü ilin sentyabrından indiyə qədər 540 minə yaxın qaçqın Livanı tərk edərək Suriyaya gedib.
Bakıvaxtı.az "Yahoo"ya istinadən xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında yer alıb.
Hesabata görə, sentyabrın 23-də İsrail Müdafiə Qüvvələri (IDF) Livanda “Şimalın oxları” əməliyyatına başladığını elan edib. İsrail qüvvələri hədəfini son 20 ildə yaradılmış "Livan Hizbullah qruplaşmasının infrastrukturu" adlandırıb. İsrail Livan vətəndaşlarını Hizbullahın silah gizlətdiyi ərazilərin yaxınlığından çıxmağa çağırıb. Sentyabrın 24-dən İsrail ordusu Livan ərazisinə hücumlarını davam etdirir.
İsrailin hücumlarından bu günə qədər Livandan gedənqaçqınların təxminən üçdə ikisi suriyalı, üçdə biri isə livanlıdır.
Qeyd edək ki, 2011-ci ildə Suriyada müharibə başlayandan sonra Livana gələn 1,5 milyon suriyalı qaçqın köçmüşdü.
Gülşən Şərif