AZ

Paşinyan Ermənistanın konstitusiyasını dəyişməyə hazırlaşır

İrəvanda nəşr olunan çoxtirajlı “Hraparak” qəzeti Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədə seçkilər keçirmək və bundan sonra konstitusiyaya dəyişiklik etmək niyyətində olduğunu bildirir.

“Diplomatik mənbələrdən öyrəndik ki, bu gün Ermənistan və Azərbaycan “sülh müqaviləsi”nin bütün bəndləri üzrə razılığa gəlsələr də, Prezident İlham Əliyev istənilən halda sənədi imzalamayacaq. Çünki ilkin şərt konstitusiyanın dəyişdirilməsi və Müstəqillik Bəyannaməsindən imtina edilməsidir.

“Cebheinfo.az”-ın məlumatına görə, qəzet qeyd edir ki, Ermənistandakı fəlakətli vəziyyətə baxmayaraq, Azərbaycan Prezidenti Paşinyandan sonrakı hakimiyyətin əks mövqedən çıxış edəcəyini bildirir.

Belə ki, növbəti hakimiyyət Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq qərarını ləğv edə və Qarabağın tarixi erməni ərazisi olub-olmaması məsələsini yenidən gündəmə gətirməklə beynəlxalq platformalarda uğur qazanmağa çalışa bilər.

“Bu arada Nikol Paşinyan həqiqətən də sülh gətirməyəcək bu rəsmi kağızı imzalamalıdır ki, qarşıdan gələn seçkilərdən əvvəl o, son sülhə nail olduğuna dair boş ümidlərlə Poqoları (Poqo çubuğu ilə rəqs edənlər-red.) qidalandırsın. Bizə dedilər ki, Paşinyan Prezident İlham Əliyevə konstitusiyamıza dəyişiklik edildikdən sonra onun qüvvəyə minəcəyi barədə bəndin daxil olduğu sənədi imzalamağı təklif edib”. 

“Hraparak” qəzeti Azərbaycan Prezidentinin bu təkliflə razılaşmadığını yazır. 

“Mənbəmiz bildirir ki, Paşinyan anlayır ki, hazırda referendum keçirə və Konstitusiyaya dəyişiklik edə bilməz, ona görə də qarşıdan gələn seçkilərdə qalib gəlmək istəyir və yalnız bundan sonra Prezident İlham Əliyevin tələbini yerinə yetirir”.  

Seçilən
16
cebheinfo.az

1Mənbələr