AZ

Elmir Tağıyev və İlkin Qırtımov əməliyyat olunacaqlar

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”də iki futbolçu – Elmir Tağıyev və İlkin Qırtımov əməliyyat olunacaqlar.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əzələ qopmasından əziyyət çəkən Elmir İstanbulda, İlkin isə Bakıda əməliyyat ediləcək. İkinciyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulub.

Hər iki oyunçunun bərpa müddəti təxminən 3 həftə çəkəcək.

Elmir Tağıyev 2023-cü ilin yayından formasını geyindiyi “Kəpəz”də 32 oyun keçirib, 1 qola imza atıb. 24 yaşlı mərkəz yarımmüdafiəçisi daha öncə “Səbail” və “Turan Tovuz”da da çıxış edib.

İlkin Qırtımov isə bu ilin yayından “Kəpəz”də çıxış edir. 34 yaşlı müdafiəçi Gəncə klubunun heyətində 10 oyuna çıxıb. Təcrübəli futbolçu daha öncə “Keşlə”, “Simurq”, “Qəbələ”, “Zirə” və “Neftçi”də də forma geyinib.

Seçilən
24
arena.az

1Mənbələr