AZ

Azərbaycan “Turizmdə İqlim Fəaliyyətinə dair Qlazqo Bəyannaməsi”nə qoşulub

COP29 çərçivəsində keçirilən “Turizm Günü” tədbiri zamanı Azərbaycan “Turizmdə İqlim Fəaliyyətinə dair Qlazqo Bəyannaməsi”nə qoşulub. SİA-nın məlumatına görə, Azərbaycanın bu bəyannaməyə qoşulması həm milli, həm də qlobal iqlim məqsədlərinə uyğun olaraq dayanıqlı turizmin inkişafına, potensialın gücləndirilməsinə, resurs və imkanlardan faydalanmağa, eləcə də iqlim risklərinin azaldılmasına yönəlmiş həllərin tətbiqinə dəstək verir.

Azərbaycan, bu bəyannaməyə qoşulmaqla, qarşıdakı 12 ay ərzində iqlim fəaliyyət planları hazırlamağı və nəzərdə tutulan tədbirləri həyata keçirməyi öhdəsinə götürür. Bu prosesdə turizm sahəsində tullantıların ölçülməsi, dekarbonizasiya, regenerasiya, əməkdaşlıq və maliyyələşmə kimi beş əsas istiqamətə üstünlük veriləcək, planın icrası barədə isə hər il ictimai hesabat təqdim ediləcək.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Böyük Britaniyanın Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 26-cı Tərəflər Konfransı zamanı qəbul edilən “Turizmdə İqlim Fəaliyyətinə dair Qlazqo Bəyannaməsi” turizm sektorunda iqlim dəyişikliklərinə qarşı mübarizə və bu sahədə ekoloji dayanıqlılığı təmin etmək üçün əlverişli mühit yaratmağı hədəfləyir.

Seçilən
34
sia.az

1Mənbələr