AZ

Sloveniya iqlim dəyişikliklərinə qarşı mübarizə üçün maliyyələşməni artırmağı öhdəsinə götürür – Nazir

Bakı. Trend:

Sloveniya iqlim dəyişikliklərinə qarşı mübarizə üçünmaliyyələşməni artırır və bu sahədə tədbirləri gücləndirir.

Trend xəbər verir ki, bubarədə Sloveniyanın ətraf mühit, iqlim və enerji naziri Boyan KumerCOP29 çərçivəsində Bakıda milli bəyanatı ilə çıxışı zamanıbildirib.

B.Kumer qlobal miqyasda iqlim dəyişikliklərinin artanintensivliyi və tezliyini vurğulaıb.

"Artıq qəti tədbirləri təxirə sala bilmərik. Bu onillikhəlledici əhəmiyyət kəsb edir. Biz sürətlə emissiyalarıazaltmalıyıq", - o qeyd edib.

Nazir Qlobal İnventarizasiyanın Nailiyyətlərini yüksəkqiymətləndirərək, onu "vacib bir mərhələ" və gələcək tədbirlər üçünrəhbər adlandırıb. O, elmi əsaslı çoxtərəfli yanaşmalarınəhəmiyyətinə və keçən il qəbul edilmiş qərarların, o cümlədənenerji paketi ilə bağlı qərarların icrasının zəruriliyinə diqqətçəkib.

B.Kumer həmçinin, qalıq yanacaqlardan imtina və onlarınsubsidiyalarının yenidən nəzərdən keçirilməsinin vacibliyinivurğulayıb.

"Sloveniya hərəkət edir", – deyə o bildirib.

Ölkə 2050-ci ilə qədər iqlim neytrallığına nail olmağıhədəfləyir və bu məqsədə daha erkən çatmaq imkanını da nəzərdənkeçirir.

Nazir Sloveniya üçün ilk milli iqlim qanununun hazırlanmaqdaolduğunu və bunun iqlim tədbirlərinin gücləndirilməsi üçün etibarlıhüquqi əsas yaradacağını qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
16
1
az.trend.az

2Mənbələr