AZ

Məhəmməd Salahın transferindən vaz keçdi – “Barselona”dan SON QƏRAR

“Liverpul”un hücumçusu Məhəmməd Salah “Barselona”nın maraq dairəsində idi.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi misirli futbolçunu transfer etməməyə qərar verib.

Klub qərara alıb ki, Salahın transferi 17 yaşlı Lamin Yamalın inkişafına mənfi təsir göstərə bilər. Yamal gənc yaşda olmasına baxmayaraq, “Barselona”nın liderlərindən birinə çevrilib.

Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə 17 oyunda iştirak edib, 10 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
6
1
sportinfo.az

2Mənbələr