AZ

COP for HOPE: Qarşılıqlı maraqlar çərçivəsində səriştəlilik nümayiş etdirilsə, müsbət nəticələrə nail oluna bilər - Maldiv rəsmisi

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Maldiv Meteorologiya XidmətininBaş direktorunun müavini Əli Şərifdir.

Müsahibimiz Trend-ə bildirib ki, birlikdə qarşılıqlımaraqlar çərçivəsində səriştəlilik nümayiş etdirilsə, iqlimdəyişikliyinə qarşı müsbət nəticələrə nail oluna bilər.

O, COP29 nəticələri ilə bağlı çox ümidli olduğunu bildirib:

"Mən hələ də çox ümidliyəm. Bilirsiniz, artıq COP29-un songünlərindəyik. Hələ də bir neçə danışıqlarda duruxma, büdrəmə var.Amma hələ iki günümüz var. Buna görə də çox ümidli və optimistəm.Son ana qədər də optimist olacağam.

Əgər birlikdə qarşılıqlı maraqlar çərçivəsində səriştəliliknümayiş etdirilsə, iqlim dəyişikliyinə qarşı müsbət nəticələrə nailoluna bilər".

"İndiki mərhələdə danışıqlar çox xarakterikdir. Mən birmüddətdir ki, bu prosesdə - danışıqlarda iştirak edirəm. İlkhəftədəki təfərrüatlandırdığımız, təqdim etdiyimiz təkliflər bir azdəyişdi. Lakin vaxtı nəzərə alıb daha sürətli danışıqlaraparacağıq", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr