AZ

“İqlim dəyişikliyinin sağlamlığa təsirlərinə hazırlıq və onlara cavab olaraq səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlimdəyişikliyinin sağlamlığa təsirlərinə hazırlıq və onlara cavabolaraq səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi”mövzusunda panel müzakirəsi keçirilib.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının SəhiyyəNazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkilolunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın səhiyyə naziriTeymur Musayev vurğulayıb ki, COP29 çərçivəsində aparılanmüzakirələr zamanı müvafiq nəticələr əldə olunub və bu istiqamətdəatılacaq növbəti addımlar müəyyənləşib:

“COP29 çox uğurlu, məhsuldardır və şübhəsiz, iqlim dəyişikliyihərəkatı tarixində öz irsini qoyacaqdır. İlk dəfə olaraq insaninkişafına vahid yanaşma gündəmə gətirilib. İqlim dəyişikliyininsağlamlığa təsiri müzakirələrin mərkəzinə çevrilib, iqlim vəsağlamlıq üçün yeni paradiqma irəli sürülüb”.

Nazirin sözlərinə görə, panel müzakirəsinin əsas məqsədiistənilən səhiyyə sisteminin ən vacib komponenti olan səhiyyə işçiqüvvəsindən istifadə etməklə iqlim dəyişikliyinin sağlamlığatəsirlərini azaltmaq üsullarını müəyyən etməkdir: “Həkimlər, tibbbacıları və tibb texnikləri təkcə səhiyyə işçiləri deyil, həm dəsağlam cəmiyyətin sütunlarıdır. Səhiyyə mütəxəssislərininhazırlanması uzunmüddətli, kifayət qədər investisiya tələb edən birprosesdir və biz səhiyyə təminatçılarının qlobal çatışmazlığı iləüzləşirik”.

Teymur Musayev bildirib ki, bir çox inkişaf etməkdə olanölkələrdə olduğu kimi Azərbaycanda da əsas problemlərdən biri kəndyerlərində həkim və tibb bacılarının çatışmazlığıdır:

“Problem cəmiyyət səviyyəsində, hər hansı effektiv səhiyyəsisteminin əsasını təşkil edən ilkin səhiyyə xidmətində daha çoxözünü göstərir”.

Onun sözlərinə görə, iqlimə davamlı səhiyyə işçi qüvvəsinininkişafı bir çox aspektləri, o cümlədən tibbi təhsil islahatı,aspirantura təhsili və ucqar ərazilərdə səhiyyə işçilərinihəvəsləndirmək üçün hədəflənən strategiyaları əhatə edir. Burayahəmçinin tibb işçilərini xidmət olunmayan ərazilərdə yaşamağa vəişləməyə həvəsləndirmək səyləri də daxildir:

“Bu, təkcə strateji planlaşdırma məsələsi deyil, həm də insanhüquqları məsələsidir - insanlar sağlamlıq ehtiyaclarınınödənildiyi təhlükəsiz mühitlərdə yaşamağa layiqdirlər. Nəzərə alsaqki, iqlim dəyişikliyi davam edir və yaxın gələcəkdə geri çevrilməsiehtimalı azdır, biz onun sağlamlığa təsirlərinin azaldılmasınaüstünlük verməliyik. Əsas fəaliyyətlərə iqlim dəyişikliklərinədavamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması, yaşılxəstəxanaların inkişafı və iqlimə davamlı tibb işçi qüvvəsininyaradılması daxildir. Bunlar davamlı və sağlam gələcəyin vacibkomponentləridir”.

Nazir COP29-un gələcək iqlim fəaliyyətinin formalaşdırılmasıüçün bir platforma olaraq unikal rola malik olduğunuvurğulayıb:

“Diqqətçəkən nailiyyətlərdən biri “İqlim və Sağlamlıq üzrə BakıCOP Sədrliklərinin Varislik Koalisiyası"nın yaradılmasıtəşəbbüsüdür. İqlim dəyişikliyi və sağlamlıqla bağlı fəaliyyətindavamlılığının təmin edilməsi sağlamlığın iqlim dəyişikliyigündəliyinin mərkəzinə uğurla yerləşdirilməsi üçün çox vacibdir.İqlim dəyişikliyi gündəliyi indi səhiyyə gündəmindən ayrılmazdır.Hesab edirəm ki, Bakı Konfransındakı müzakirələr bu hərtərəfligündəliyin irəliləməsinə güclü təkan verəcək”.

“İqlim şəraitinə davamlı səhiyyə kadr potensialının yaradılmasımürəkkəb və çoxşaxəli problemdir. Bunun üçün intensiv təlim,səhiyyə işçilərinə sosial və iqtisadi dəstək, maarifləndirmə vədigər müxtəlif tədbirlər tələb olunur. Bu məqsədə nail olmaq üçünvaxt və davamlı maliyyəyə ehtiyac duyulur. Bununla belə, milli vəbeynəlxalq tərəfdaşların əməkdaşlığının qurulması ilə biz xalqımızüçün daha sağlam və dayanıqlı gələcək qurmaqda uğur qazanabilərik”, - deyə Azərbaycan Respublikasının səhiyyə naziri fikrinitamamlayıb.

Panel müzakirəsində, həmçinin Afrika üzrə İqlim Dəyişikliyi,Sağlamlıq və Ətraf Mühit Qrupunun regional rəhbəri Yeremiya Muşoşo,Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov, İsrailSəhiyyə Nazirliyi Ətraf Mühit Epidemiologiya Departamentinin müdiriİzabella Karakis, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirovvə digərləri iştirak ediblər.

“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
Məqalədə:
Seçilən
11
2
az.trend.az

3Mənbələr