AZ

“Gələcəyə qulaq as”Yaşıl Zonada sərgi

20 noyabr tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi UNİCEF Azərbaycan ilə birgə Dünya Uşaqlar Günü ilə əlaqədar “Gələcəyə qulaq as” adlı sərgi təşkil edib.

COP29-un Yaşıl Zonasındakı Gənclər Evi pavilyonunda baş tutan sərgidə 20-dən çox ölkədən uşaqların iqlim fəaliyyətinə dair fikir və ideyaları süni intellekt vasitəsilə nümayiş etdirilib. UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən hazırlanan sərginin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, UNICEF-in Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah və gənc iqlim elçiləri iştirak ediblər.

“COP29 çərçivəsində fəaliyyət göstərən Gənclər Evi Yaşıl zonada gənclərin və uşaqların əsl evinə çevrilib. Hər kəsin böyük maraqla ziyarət etdiyi pavilyonda yaşıl dünya naminə həmrəylik davam edir. Sərgidə uşaqların iqlim dəyişmələri ilə bağlı ifadə etdikləri düşüncə və arzuları hər kəsin diqqətini cəlb etməlidir”, deyə Gənclər və İdman naziri Fərid Qayıbov bildirib.

“COP29-da gənclərin bilikləri və göstərdikləri həvəs məni heyran edir. Onların dünyanı daha yaxşı bir yerə çevirmək, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün irəli sürdükləri ideyalar və həll yolları nəzərə alınmalıdır. Bu gün burada uşaqların iqlimlə bağlı perspektivdən gələcəyi necə təsəvvür etdiklərini göstərən incəsənət əsərlərini görürük. Onların baxışları iqlim fəaliyyətinin mərkəzində olmalıdır”, – deyə UNICEF-in Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah vurğulayıb.

Qeyd edək ki, sərgi gün ərzində Yaşıl zonadakı Gənclər Evi pavilyonunda nümayiş olunacaq.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
31
5
ikisahil.az

6Mənbələr