Bakı. Trend:
Davamlı ekosistem yaratmaq məqsədilə Azərbaycan 2030-cu iləqədər istixana qazı emissiyalarını 35 faiz azaltmaq öhdəliyigötürüb.
Trend xəbər verir ki, bubarədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusundakeçirilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanıbildirib.
"Bu öhdəlik çərçivəsində Azərbaycan hökuməti mobilliyintransformasiyası üçün plan hazırlayıb. İlk növbədə, biz Bakışəhərində avtomobillə fərdi səfərlərin sayını 40 faiz azaltmağaçalışırıq.
Eyni zamanda, əhalinin 90 faizinin ictimai nəqliyyatdan istifadəimkanını təmin etməyi planlaşdırırıq. Bundan əlavə, mikromobilliküçün infrastruktur yaratmaq niyyətindəyik ki, bu da 100 kilometrdənçox velosiped və skuterlər üçün yolları əhatə edəcək. Məqsədimiz,Bakıda hər hansı bir nöqtəyə çatmaq üçün vaxtın 20 dəqiqədən çoxolmamasıdır. Bu proqram metro, dəmir yolu və avtobus sistemlərinintəkmilləşdirilməsi, mikromobilliyin inkişafı, parklanma zonalarınınyaradılması, ictimai nəqliyyat üçün xüsusi zolaqların təşkiledilməsi və avtobus şəbəkəsinin optimallaşdırılması da daxilolmaqla 60-dan çox təşəbbüsü əhatə edir", - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, layihə komandası Bakı şəhərinin rəqəmsaləkizini hazırlayıb ki, bu da qərar qəbul etmə prosesini rəqəmsalməlumatlar əsasında təkmilləşdirir.
"Avtobus marşrutları, infrastruktur, səfərlər, metrostansiyaları, dəmir yolu sistemi, “Waze” mobil tətbiqi və mobilrabitə abunəçilərindən əldə edilən 6 milyarddan çox məlumattoplandı. Bu yanaşma dünyada ən kompleks rəqəmsal həllərdənbiridir. Biz Bakıda avtobus zolaqlarını tətbiq etdik və avtobusmarşrutlarını optimallaşdırdıq ki, bu da tıxacları azaltmağa vəavtobusların sürətini 18 km/saatdan 22 km/saata qədər artırmağaimkan verdi. Bununla da avtobus xidmətlərinin tezliyini artırdıq vəsərnişinlər üçün avtobuslardan istifadənin daha cəlbedici olmasınıtəmin etdik. Optimallaşdırılmış şəbəkə, pik saatlarında gedişvaxtını azaltmalı və ictimai nəqliyyata çıxışı genişləndirməlidir",- deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.