AZ

Noyabrın 19-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa XİN-ə dəvət olunub. 

"Səfir COP29 çərçivəsində Azərbaycan hakimiyyətinin Fransanın və avropalıların ünvanına qəbuledilməz iradlarından və bu iradlar nəticəsində ekoloji keçid, energetika, iqlim və risklərin qarşısının alınması naziri xanım Anyes Pannye-Runaşenin BMT-nin bu konfransında iştirakını ləğv etmək məcburiyyətində qalmasından sonra dəvət olunub. Azərbaycanın düşmənçilik hərəkətlərinə son qoyulmalıdır". Bu barədə Fransa XİN-in saytında yer alan məlumatda deyilir. 

Xatırladaq ki, Azərbaycan dövlət başçısı İlham Əliyev noyabrın 13-də COP29-dakı çıxışında Fransanı keçmiş müstəmləkələrinin təbii sərvətlərini və əhalisini məhv etməkdə ittiham edib. O, həmçinin prezident Makronu hazırda bu siyasəti davam etdirməkdə ittiham edib.

Seçilən
26
turan.az

1Mənbələr