AZ

"Rusiya-Ukrayna münaqişəsi 2025-ci ildə başa çatacaq"

Antonio Tajani qeyd edib ki, münaqişə başa çatdıqdan sonra Ukrayna NATO-ya daxil olacaq və Aİ-yə daxil olmaq prosesinə başlayacaq.

Turkustan.az xəbər verir ki, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Ukraynada münaqişənin gələn il bitəcəyinə inanır. “La Stampa” qəzetinə müsahibəsində o, ABŞ-ın yeni administrasiyasının Kiyevi dəstəkləməyə davam edəcəyini və Moskvanın təsirinə boyun əyməyəcəyini müdafiə edib.

Tajani qeyd edib ki, İtaliyanın Rusiya Federasiyasına dərin zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qarşı olan xətti dəyişməyəcək, lakin o, bu istiqamətdə başqalarının qərarlarını anlayır. “İtaliya xətti dəyişməyəcək: "Biz Kiyevi müdafiə məqsədilə silahla təmin edirik, biz Ukraynanı dəstəkləyirik, lakin biz Rusiya ilə müharibə vəziyyətində deyilik”, - deyə Tajani bildirib. Eyni zamanda o, eskalasiyada Rusiya tərəfini günahlandırıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
19
turkustan.az

1Mənbələr