"Azərbaycanın milli futbol komandası heç bir uluslararası yarışa buraxılmamalıdır".
Redaktor.az xəbər verir ki, bu barədə sabiq deputat Sabir Rüstəmxanlı sosial media hesabında paylaşım edib.
"Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır? Qoy iki-üç il ölkə daxilində, məsələn, Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar", - deyə S.Rüstəmxanlı qeyd edib.
Xatırladaq ki, ötən gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçə 6:0 hesabla məğlub olub.
Sevinc İBRAHİMZADƏ