AZ

Erməni hərbiçiləri Ağdamı buna görə daha çox minalayıbmış — Deputat AÇIQLADI

"Ağdam rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət kəsb edən məsələdir. Ağdam ən strateji əhəmiyyətli məntəqələrdən biri olub. Buna görə də ermənilər ciddi cəhdlə çalışırdılar ki, Ağdamı ələ keçirsinlər. Özlərinin ekspedisiya korpusları, havadarları, bir sıra yerlərdən gətirilmiş muzdlular və terror dəstələrinin birləşməsi nəticəsində 23 iyul 1993-cü ildə Ağdamın böyük hissəsi işğal edildi. Bu, ciddi siqnal idi. Strateji əhəmiyyəti olan Ağdam  daha sonra Bərdə və digər ciddi magistral yollara çıxış demək idi. Ona görə də bu məsələ təcili şəkildə öz həllini tapmalı idi. İstər Ağdam sakinləri, istər orada olan hərbiçilər çox ciddi müqavimət göstərdilər. Azərbaycan rayonlarından ən çox şəhid verən Ağdam rayon oldu". 

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı ermənilər elə düşünürdü ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları Ağdamdan başlayacaq:

"Ona görə də Ağdamın hər küçəsini, hər döngəsini minalamışdılar. Ordumuz taktikanı başqa cür seçməsəydi, çox daha ciddi itkilər verərdik. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə elə bir taktika seçildi ki, Ağdam bir güllə belə atmadan işğaldan azad edildi. Cənab İlham Əliyevin 20 noyabr tarixində xalqa müraciətində Ağdam rayonunun işağaldan azad edilməsi xəbəri, 10 noyabr üçtərəfli bəyanatın nəticəsi kimi dəyərləndirildi. Üçtərəfli bəyanat Azərbaycanın qələbəsidir. Ağdam siyasi yolla işğaldan azad edilərək öz hüquqi statusunu aldı. Bu günlər hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Cənab İlham Əliyev azərbaycanlılara yeni bir şanlı tarix yazılması ilə bağlı bayənat verdi". 



Deputat qeyd edib ki, işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Ağdamda da böyük quruculuq işlərinə start verildi:

"Ağdam üzrə nümayəndəliyin işi də təqdirəlayiqdir. Bu istiqamətdə onlar ciddi işlər həyata keçirir. Ağdam azad edildikdən sonra cənab Prezident Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı kimi eyni zamanda birinci xanım Mehriban Əliyeva ilk olaraq 23 noyabr 2023-cü ildə Ağdama səfər etdilər. 

Onun sözlərinə görə, bu gün Ağdamda infrastrukturların qurulması, kəndlərin və şəhərin bərpası istiqamətində addımlar atılır:

"Ağdamda əsas problem minalardan təmizlənmədir. Düşünürəm ki, bu da həllini tapacaq. Lokal atiterror əməliyyatlarından sonra bütün ərazilərimizdə Azərbaycan bayrağı öz yerində dalğalandı. Bütün ağdamlıların arzusu öz ata-baba yurdlarına qayıtmaqdır. Düşünürəm ki, bu proseslər də tezliklə öz həllini tapacaqdır".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
12
1
demokrat.az

2Mənbələr