Bakı. Trend:
Türkiyə dəmir yolu ilə yük daşımalarının payını artırmağıplanlaşdırır.
Trend xəbər verir ki, bubarədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avropaİttifaqı və beynəlxalq əlaqələr üzrə Baş direktoru Burak AykanCOP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM),onun üzv dövlətlərinin və Asiyanın regional təşkilatlarınıntəhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyatdəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusundapanel müzakirədə bildirib.
"Türkiyədə istixana qazı emissiyalarını azaltmaq üçün Nazirlikbüdcəsinin yarısından çoxunu dəmir yolu sektorunun inkişafınayönəltməyi planlaşdırırıq. Məqsədimiz, 2053-cü ilə qədər dəmir yoluilə yük daşımalarının payını 22 faizə çatdırmaqdır. Dəmir yoluxətlərinin elektrikləşdirilməsi üzrə öhdəliklərin həyatakeçirilməsi bizə təmiz enerjidən istifadə etməyə, daşımalar zamanıkarbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağa və dayanıqlıinkişaf məqsədlərimizi irəli aparmağa imkan verəcək. Türkiyə,həmçinin, elektrik qatarları istehsal etmək qabiliyyətini sübutedib ki, bu da "yaşıl" nəqliyyata və yerli texnologiyalardanistifadəyə bağlılığımızı təsdiqləyir", – deyə o əlavə edib.
Burak Aykan həmçinin quru nəqliyyat dəhlizlərinin əhəmiyyətinivurğulayıb.
"Sahil xəttindən uzaq ərazilərdə istehsal olunan malların,məsələn, Çinin Sian şəhərindən və ya Mərkəzi Asiyanın daxiliölkələrindən dəniz limanlarına daşınması yalnız xərcləri artırır vəeffektivliyi azaldır. Quru nəqliyyat və nəqliyyat əlaqələrininkombinasiyası dəniz yollarını əhəmiyyətli dərəcədə qısaltmağa vəmarşrutları təkcə Avropaya deyil, həm də Yaxın Şərq və ŞimaliAfrikaya genişləndirməyə imkan verir", – deyə B.Aykan bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.