Hurriyyet.az xəbər verir ki, ABŞ-da prezident seçkilərinin qalibi olmuş Donald Tramp 2025-ci ildə fəaliyyətə başlayacaq yeni hökumətini qurmaqda davam edir. Tramp türk əsilli həkim Mehmet Özü "Medicare" və "Medicaid" federal səhiyyə xidmətlərinin direktoru vəzifəsinə təyin etdiyini bəyan edib. O, bu barədə özünün "Truth" sosial şəbəkəsində məlumat verib.
Siyasətçi ABŞ-ın səhiyyə sahəsində ciddi böhranla qarşılaşdığını və bu problemlərin həlli üçün Mehmet Özdən daha peşəkar həkimin olmadığını bildirib. Donald Tramp Harvard universitetində təhsil almış Mehmet Özün ABŞ-ın səhiyyə sistemindəki bir çox problemləri həll edə biləcəyini qeyd edib.
Hürr Tərcüman