AZ

Bayden Ukraynaya piyada əleyhinə minaların çatdırılmasını təsdiqlədi - İDDİA

Bayden Ukraynaya piyada əleyhinə minaların çatdırılmasını təsdiqlədi - İDDİA

ABŞ prezidenti Co Baydenin Ukraynaya piyada əleyhinə minaların çatdırılmasını təsdiqlədiyi iddia edilib.“The Washington Post”a danışan adı açıqlanmayan ABŞ rəsmiləri Rusiyanın Ukraynada, xüsusilə də son günlər şərq xəttində irəliləyiş əldə etməsindən sonra Baydenin Kiyevin müdafiəsini gücləndirmək üçün bəzi addımlar atmağa qərar verdiyini iddia ediblər.Rusiyanın ələ keçirdiyi Ukrayna torpaqlarını yenidən Kiyev qüvvələrinin nəzarətinə keçməməsi üçün minaladığı məlum olsa da, Ukrayna da Rusiyanın irəliləyişini dayandırmaq üçün cəbhə xəttində bəzi ərazilərə mina yerləşdirmək istəyir.Bayden administrasiyasının son həftələrdə Rusiyanın Ukraynanın cəbhə xəttinə hücumlarından dərin narahat olduğunu bildirən rəsmilər, bunu Rusiya qüvvələrinin irəliləyişini yavaşlatmaq üçün təcili ehtiyac olaraq gördüklərini bildiriblər.Səlahiyyətlilər Baydenin Ukraynaya verilməsini təsdiqlədiyi mina növünün batareyanın gücünün azaldığı günlər və ya həftələr kimi qısa müddətdə təsirsiz hala gələ biləcək bir növ olduğu üçün mülki vətəndaşlar üçün təhlükəni azaltdığını qeyd edərək, Ukraynanın həmçinin əhalinin sıx məskunlaşdığı ərazilərə mina qoymayacağına söz verib.Digər ABŞ rəsmisi bildirib ki, yeni minalardan istifadə yalnız Ukrayna ərazisi ilə məhdudlaşacaq və diqqətin Ukraynanın şərqinə yönələcəyi gözlənilir.Qəzetə danışan bir Ukrayna rəsmisi bu minaların geniş şəkildə yerləşdirilməsi nəticəsində yarana biləcək potensial risklərə baxmayaraq, bu addımı müsbət qarşıladıqlarını vurğulayıb.ABŞ və Rusiya piyada əleyhinə minaların yerləşdirilməsini və ötürülməsini qadağan edən Minaların Qadağası Müqaviləsi kimi tanınan Ottava Konvensiyasının tərəfləri arasında olmasa da, insan haqları təşkilatları ABŞ-ın bu minaları Ukraynaya vermə qərarına əks reaksiya verib."Human Rights Watch" təşkilatının Böhran, Münaqişə və Silahlar Departamentinin direktor müavini Meri Vareham ABŞ-ın Ukraynaya qarşı bu addımını şokedici və dağıdıcı hadisə kimi qiymətləndirib.Vareham qeyd edib ki, hətta uzun müddət qalıcı olmayan minalar da mülki şəxslər üçün risk yaradır, kompleks təmizləmə səyləri tələb edir və həmişə etibarlı şəkildə söndürülmür.Qeyd edək ki, ABŞ-ın 2022-ci ilə qədər təxminən 3 milyon piyada əleyhinə mina ehtiyatına sahib olduğu bildirilir.Mənbə: AA

Seçilən
36
1
afn.az

2Mənbələr