AZ

Tariximizin 20 noyabr günü

Kökü tarixin dərinliklərinə söykənən Azərbaycan füsunkarlığı, maddi və mənəvi zənginliyi ilə zaman -zaman yağı fitnəkarlığının hədəfinə çevrilərək tarixən amansız sınaqlarla üz-üzə qalmış, döyüş meydanına çevrilmişdir. Bu yurdun cəsur xalqı bütün sınaqlara sinə gərərək öz əzmini, vüqarını qoruyaraq əsrlərdən-əsrlərə rəşadətlilik, vətənpərvərlik kimi dəyərləri ötürmüş, tarixin daş yaddaşında əbədi qəhrəmanlıq örnəyi kimi mənəvi abidə ucaltmağı bacarmışdır. 

XX əsrdə Ana yurdumuzun dilbər guşəsi Qarabağ qonşu Ermənistan seperatçılarının yeni bir fitnəkarlığı ilə üzləşərək tarixin ən acı faciələrinə məruz qaldı. Hələ Pənahəli xan dönəmindən yurdumuzun bu füsunkar guşəsinə göz dikən yağı min bir hiylə ilə onun dağında, daşında saxta imzalar həkk etməklə mənfur niyyətinə nail olmağa çalışsa da, bu əlçatmaz arzularını reallaşdıra bilməmişdi. Hər an məqam gözləyən erməni təcavüzkarları hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən öz çirkin niyyətlərini həyata keçirmək üçün dəfələrlə münaqişələr, müharibələr törətməyə nail olmuşdurlar. Nəhayət, XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutundan istifadə edən ermənilər xarici havadarlarının köməyi ilə yurdumuzun ayrılmaz hissəsi olan Qarabağı mənimsəmə iddiası ilə müharibəyə başladılar. 30 il davam edən bu müharibədə tərəfindən işğal olunmuş torpaqlarımızda nəinki insanlar, həmçinin maddi-mədəni sərvətlər məhv edilərək amansızcasına talanmışdır. 

Azərbaycanın tarixən əzəli-əbədi torpaqlarındam biri olan Ağdam da belə vandallığa məruz qalmış ərazilərimizdəndir. Qədim türk dilində mənası "kiçik qala"anlamını verən Ağdam türk tayfalarının müdafiə məqsədilə tikdiyi kiçik qalalardan biri idi. Sonralar Qarabağlı Pənahəli xan tərəfindən ağ daşdan tikilən bir imarət kimi günəşdən nurlanmış ağ ev adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bindan əvvəl, yəni enolit dövründə yaşamış, məşğuliyyətləri əkinçilik və maldarlıq olmuşdur. Üzərliktəpədəki tədqiqatlar Ağdamın Zaqafqaziyada zəngin abidələri olan ilk şəhər tipli yaşayış məskənlərindən olduğunu sübut edir. 

Erməni qəsbkarları 1993-cu il 23 iyul tarixində Ağdamın 73 faiz ərazisini işğal altına almağa nail olmuşdular. Ağdamın 882 kvadrat kilometri rayon mərkəzi ilə birlikdə 90 kəndi işğal olunmuş, 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır. 

İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Bu tarixi ərazinin maddi-mənəvi abidələrlə yanaşı təbiətinə də amansız zərbə vuran düşmən meşələri kütləvi şəkildə istismar edir, flora və fauna aləmini məhv edərək kütləvi yanğınlar vasitəsilə ekoloji mühit üçün ciddi təhlükə yaratmaqdan belə çəkinməmişdir. Tarixin sərt sınaqlarından əzmkarlıqla çıxan cəsur Azərbaycan əsgərinin rəşadəti və tarixin daş yaddaşında “Dəmir Yumruq”imzası ilə əbədiyyət səhifəsi açan Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin şanlı zəfəri kimi həkk olunan 44 günlük müharibənin nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan ərazisi Azərbaycana təhvil verildi. Bu isə böyük insan təlafatının qarşısını alan uğurlu siyasətin nəticəsi idi. Ağdamın düşməndən azad edilməsilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 5790 hərbi qulluqçu “Ağdamın azad edilməsinə görə”medalı ilə təltif olundu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. Hazırda işğaldan azad olunmuş hər bir ərazimizdə olduğu kimi Ağdamda da bərpa-quruculuq işləri aparılmaqdadır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Azərbaycan tarixinin möhtəşəm səhifəsi olan 44 günlük Zəfər 30 illik həsrətə, 30 illik acılara son qoyaraq düşmənə bir daha öz zəifliyini, ədalətsizliyini sübut edən tarixi dərs oldu. Bu böyük qələbənin şahidi olan Azərbaycan xalqı Bütöv Azərbaycan üzərində qürurla dalğalanan üçrəngli bayrağımızın kölgəsində İlhamlı gələcəyin sülh nəfəsli, xoş taleli günlərinə doğru irəliləməkdədir. 

Bikə Allahverdiyeva Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin müəllimi

Seçilən
12
4
missiya.az

5Mənbələr