Rəhbərlik “Hypers Quba”nın “qol silahı” sayılan 34 yaşlı oyunçunun təcrübəsinə inanaraq müvəqqi bu vəzifəni ona həvalə edib. Bir məqamı da yada salaq ki, İmamverdiyev yayda komandaya məhz Nadirovun istəyi ilə qoşulmuşdu. Belədə Vüqar bəyin istefasından sonra onun Qubada qalıb-qalmayacağı da maraq doğurur.
Bəs İmamverdiyevin fikri “Hypers Quba” ilə yola davam etməkdimi? Onun “Football-plus.az”a cavabı belə oldu:
“Yayılan məlumatlar hamısı şayiədi. Hazırda məşq yoxdu. Sabahdan ola bilər ki, məşqlər bərpa edilsin. “Qusar”la oyuna hazırlaşacağıq. Xeyirlisi nədisə, “Hypers Quba” üçün olsun. Biz futbolçuyuq, hər şeyə hazır olmalıyıq. Düzdü, Vüqarla yaxşı münasibətimiz var. Elə klub rəhbərliyinin də onunla münasibəti normaldı. Sadəcə, anlaşa bilmədi. Ona da, özümüzə də uğurlar arzulayıram. Hazırda “Hypers Quba”nın futbolçusuyam və onun uğurları üçün çalışıram”.
RÖYANƏ OĞUZ