AZ

Maliyyə Nazirliyi vergi güzəştlərinin səmərəliliyini qiymətləndirib

Azərbaycanda tətbiq edilən vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı müzakirələrə ehtiyac var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Azərbaycanda güzəştlər daha çox sosial xarakter daşıyır: "Amma bunların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı ayrıca müzakirəyə ehtiyac yaranacaq. Məsələn, mənfəət vergisinə tətbiq edilən güzəştlər Azərbaycanda mənfəətin həcminin artmasına hansı təsiri göstərir? Maliyyə Nazirliyindən, Dövlət Vergi Xidmətindən xahiş edirəm ki, bunun təhlili aparılaraq bizə də məlumat təqdim edilsin".

Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov isə nəzərə çatdırıb ki, artıq 2022-2023-cü il üzrə artıq Maliyyə Nazirliyi tərəfindən vergi güzəştlərinin səmərəliliyi qiymətləndirilib: "Bu güzəştlər 0,6 %-dən yuxarı olanda daha səmərəli güzəştlər kimi qiymətləndirilib: "Bu vergi güzəştlərindən səmərəsiz və az səmərəli olanlar da var. Hazırda təklif olunan vergi və gömrük güzəştləri ilə DVX üzrə itkilər 20,9 milyon manat, gömrük orqanları üzrə itkilər 2,9 milyon manat, ümumilikdə 23,8 milyon manat təşkil edir.
Gəlir isə 32,6 milyon manatdır ki, yekunda isə büdcəyə 8,7 milyon manat əlavə vəsaitin daxil olması gözlənilir”.

Seçilən
9
3
operativmm.az

8Mənbələr