AZ

Anar Məmmədlinin həbs müddəti növbəti dəfə uzadılıb

Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbs müddətini növbəti dəfə üç ay uzadılması ilə bağlı qərar qəbul edib. Bu barədə vəkil Cavad Cavadov öz sosial hesabında yazıb. 
 
Vəkil bildirib ki, müdafiə tərəfinin ev dustaqılığı seçilməsi ilə bağlı vəsatət təmin edilməyib.
 
Bundan əvvəl avqustda Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan müddətini 3 ay uzadıb. 


Anar Məmmədli aprelin 30-da bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qaçaqmalçılıqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham olunaraq həbs edilib. Əvvəlcə ona "Abzas Media işi” ilə əlaqəli ittiham təqdim edilib.  Daha sonra onun işi ayrıca icraata ayrılıb.

Çoxsaylı beynəlxalq təşkilatlar və ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə olan digər jurnalist və fəalları dərhal azad etməyə çağırıb.
 
Bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.
 
Aytac Zeynalova 

www.anews.az
Seçilən
15
anews.az

1Mənbələr