AZ

Cırıq pullar əlinizdə qalıb? - Bu yerdə dəyişmək olar

Hər birimiz cırıq, zədələnmiş əskinasların dükan-bazarda kassalar, satıcılar tərəfindən qəbul edilməməsinin şahidi oluruq. Heş özümüz də əksər vaxt elə əskinaslara yaxın durmuruq.

Bu problem hətta pul qəbul edən terminallar, bank ATM-ləri ilə də yaşanır. Bir çox terminallar zədələnmiş pulları qəbul etmir. Hətta bəzən insanlar belə pulların artıq yararsız olduğunu düşünərək atmaq qərarına gəlirlər.

Bəs bu kimi hallarda vətəndaş nə etməlidir?

Mövzu ilə bağlı Bakivaxti.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, istənilən mağazanın alış-veriş obyekinun zədələnmiş, yüngül cırılmış pulu qəbul etməmək kimi öhdəliyi yoxdur:

"Bu, sadəcə onların vicdanına qalıb. Azərbaycan manatının dövriyyəsi ilə bağlı hüquqi normativ aktlar mövcuddur. Dövlət bankları Azərbaycan Mərkəzi Bankının qərarlarına əsasən həmin əskinasları qəbul etməli və vətandaşlar üçün dəyişməlidirlər".

Natiq Cəfərli: Mağazaların zədələnmiş, cırılmış pulu qəbul etməmək kimi öhdəliyi yoxdur

Natiq Cəfərlinin sözlərinə görə, belə əskinaslar o halda qəbul edilmir ki, seriya nömrəsi zədələnməiş olsun. Hətta bəzən zədəli pullar belə AMB-nin müvafiq yoxlanışından sonra qəbul edilir.

Nuriyyə Musayeva

Seçilən
21
1
bakivaxti.az

2Mənbələr